Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - RƏSMİ

Sosial

29 Fevral 2024 17:20 2268


"Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcəklər".

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alı, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur. Marqarita pizza

Emin Əmrullayev əlavə edib: "Artıq Qarabağ Universitetinə proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Digər vakansiyalar da açıq şəkildə elan ediləcək. Əsasən, yaxın ərazilərdən olan professor-müəllim heyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisəsi tələbə-müəllim əməkdaşlığı əsasında qurulacaq və burada yeni tədris modelləri tətbiq olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!