Azərbaycanda bu sürücülər 50 manat cərimə olunacaq –   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu sürücülər 50 manat cərimə olunacaq – XƏBƏRDARLIQ

Sosial

06 Mart 2024 14:44 27995


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə “Yeni Sabah”a mərkəzdən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir: Toyuqlu pizza

"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik".

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kifayet
    Salam, bes naviqator? O da telegondadi axi
    2 years ago
  • Azer
    Mən o qədər görmüşəm ki DYP əməkdaşları özləri sükan arxasında mobil telefonla danışırlar. Qanun hamı üçündürse birinci özləri riayət eləməlidir.
    2 years ago
  • Cesaret
    VAllah men ozumde surucuyem bu cox duzgundur 50 yox Vallah 300 hetta 500 olmalidi kecen aylele gedirem qoyunun biri telefona yapisip siqnal vermesem xetti kecip bizi ezecekdi aylesini fikirlesmiyen insanlardan xayisim budur ki qarsidakinin ai aylesi var balasi var sen aylen ucun deyerli deyilsen ve ya aylen senin ucun Ama Valah mebim Ata Ana ovlad vs VAllah menim ucun deyerlidi umudleride bir menedi menide yol alsa nolacax xayis eleyirem DiQQetli olax cox cox XAYIS
    2 years ago
  • Sübhan
    Bir çox DYP əməkdaşları sürücü qismində hərəkət zamanı sükan arxasında mobil telefon ile danışır. Əgər qanun eynidirse hamıya on da kim olur olsun sürücü qismində telefondan istifadə zamanı cərimə edilsin
    2 years ago
  • Fidayil
    Salam sizdən çox çox xaiş edirəm xəbər verərdi Azərbaycan 85 faizi bun cavabın axdarir VAZ. Maşına misal üçün 2106'_2007 maşınında 215'50'13 formula teker icazə varmı cerme tətbiq oluna bilərmi?
    2 years ago
  • Mamed
    DYP əməkdaşlarının özləri sükan arxasında telefon sanki qulaqlarına yapışmış kimi hərəkət edirlər, danışırlar, nə vaxt baxsan telefon qulaqlarında. Olara olar, digərlırinə yox. Bələkə DYP avtomobilləri hərəkət iştirakçısı sayılmır?
    2 years ago