Azərbaycanda bütün dövlət qurumlarının çağrı mərkəz yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bütün dövlət qurumlarının çağrı mərkəz yaradılacaq

Sosial

04 Aprel 2022 18:18 576


Azərbaycanda çağrı mərkəzləri mövcud olmayan dövlət orqanlarında (qurumlarında) bu xidmətlər təşkil ediləcək, mövcud çağrı mərkəzlərinin işi təkmilləşdiriləcək və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görüləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, məsələnin əsas icraçısı Nazirlər Kabineti, digər icraçıları aidiyyəti dövlət orqanlarıdır (qurumları). pizza mizza

Qeyd edilən müddəanın icra müddət 2022-2024-cü illərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!