Azərbaycanda COVID-19:   Virusdan 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID-19: Virusdan 4 nəfər öldü

Sosial

22 İyul 2022 20:44 1086


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 591 aktiv xəstə var. Bu günə qədər 9 733 nəfər vəfat edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 087, bu günə qədər isə ümumilikdə 7 018 167 test icra olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!