Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda da aşkarlanan “Delta” ştammının  ƏLAMƏTLƏRİ
13 İyl 2021 20:43
2760

Azərbaycanda da aşkarlanan “Delta” ştammının ƏLAMƏTLƏRİ

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun  B.1.617 (Delta) variant aşkarlanıb.

Yenisabah.az Hindistanda meydana gələn və sürətlə digər ölkələrə yayılan ştammın əlamətlərini təqdim edir:

Araşdırmalara görə, "Delta" variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktı pozulur. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Bundan başqa, vaksin vurulanların "Delta" ştammı ilə xəstəxanaya yerləşdirilmə faizinin çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi asimptomatik keçirir.

Qeyd edək ki, "Delta" ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın "Delta Plus” variantının daha yoluxucu olduğu müəyyən edilib. / "Qafqazinfo”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər