Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - Foto

Sosial

02 Aprel 2023 16:47 635


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir. Sezar pizza

Ölkədə son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!