Tovuzda yanğın hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb. Pepperoni pizza
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N. Hüseynova ağır yanıq xəsarətləri alaraq həlak olub.
Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
İlkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.
Telegram kanalımız