Ölkədə hava kəskin dəyişdi -   Qar, leysan, güclü külək başladı

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə hava kəskin dəyişdi - Qar, leysan, güclü külək başladı

Sosial

23 Noyabr 2026 12:27 60


Noyabrın 23-də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmətin saat 11:00-a olan məlumatına əsasən, bəzi ərazilərdə yağıntılar intensiv xarakter daşıyıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda isə 3 santimetrə çatıb. Onlayn mağaza

Ən çox yağıntı Daşkəsən və Ordubadda qeydə alınıb – 11 mm. Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7 mm yağıntı düşüb.

Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4 mm yağıntı qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında isə yağıntının miqdarı 2 mm olub.

Bununla yanaşı, bəzi ərazilərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda isə 18 m/s-yə qədər güclənib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!