Nəfəs Məmmədova həmkarı Pünhan Piriyevlə səmimi görüntülərinin müzakirə olunmasına biganə qalmayıb.
"Yeni Sabah" xəbər verir ki, ifaçı onu tənqid edən sosial şəbəkə istifadəçilərinin münasibətini düzgün hesab etməyib.
O, Pünhanla münasibətlərinin uzun illərə söykəndiyini və aralarında sadəcə dostluq olduğunu vurğulayıb: İnternet mağaza
“Artıq 2 gündür “Instagram”, “TikTok” platformalarını zəbt etmişik. Pünhanla bərabər gözəl bir məclisdə çox gözəl və çox hörmətli bir videomuz yayıldı. Bunu kimləri xoş qarşıladı, kimləri də naxoş qarşıladı. Amma bunu naxoş qarşılayan insanlar: mən Pünhanla illərdir dostluq edir, onun ailəsini öz ailəm kimi görür və kiminsə münasibətimizə müdaxilə etməyini də istəmirəm. Çünki Pünhanın xanımı gəlinim, bacım sayılır. Bizə görə narahat olmayın. Buradan hər kəsə xoş sözlər yazdığına görə də təşəkkür edirəm. Yeni duetimiz gələcək, gözləyin”.
Xatırladaq ki, ifaçıların bir məclisdə lentə alınan görüntülərində Pünhan Piriyevin qolunu Nəfəs Məmmədovanın boynuna dolayaraq onu başından öpdüyü əks olunub. Həmin anlar sosial mediada müzakirələrə səbəb olmuşdu.
Aydan Hacı
Telegram kanalımız