Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda elm yox dərəcəsindədir - “Müəllim var ki, dərsdən sonra taksi sürür“
02 Dek 2021 16:29
1805

Azərbaycanda elm yox dərəcəsindədir - “Müəllim var ki, dərsdən sonra taksi sürür“

Azərbaycanın bir çox ali məktəblərində fakültə dekanı, kafedra müdiri kimi vəzifələr boş qalıb. Bunun əsas səbəblərində biri son vaxtlar qocaman müəllimlərin ard-arda vəfat etməsidir. Çünki ali məktəblərdə 75-85 yaş kateqoriyasından olan müəllimlərə daha çox rast gəlinir. Hətta AMEA-da 90-92 yaşlı müəllimlərə də rast gəlmək mümkündür. 

Maraqlıdır, qocaman akademiklər niyə pensiyaya çıxmırlar?

Alimlər sübut ediblər ki, insan qocalanda beyin hüceyrələri də "qocalır". 90 yaşlı akademik Azərbaycan elminə töhfə verə bilərmi?

Ümumiyyətlə, Azərbaycan elmi niyə "qocalır"?

Deputat Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanda elm yox dərəcəsindədir:

“Azərbaycanda elm yox dərəcəsindədir. Elmin qocalması məhz bununla bağlıdır. Bir dövrdə elmin həddən artıq ideologiya və siyasətə qurban verilməsi gerçək elm adamlarının sıradan çıxmasına səbəb oldu. Daha çox siyasi və ya ideoloji baxışlara görə, mövqeylərin tutulması genişləndi.

Vəzifəli şəxslərin xeyli hissəsi siyasətdən cəlb olunub. Buda ki, elmə daha çox təsir etdi. Bəzi alimlər pessimizimə yuvarlandı. Çünki bu sahədə mövqe gücləndirmək yarışına girə bilməzdilər. Elm sferasında rəqabət öldü. Çünki yaxını, tanışı olanlar önə keçməyə başladı. Sovet dövründə də belə olub. Həmin zamanlarda bir qədər bərabərlik prinsipi az-çox görünürdü. Kimsə bu prosesi yarıb keçə bilirdi. O zamanda univeristetdə qalıb, vəzifədə çalışmaq üçün tapşırıq böyük rol oynayırdı”.

Deputat sözlərinə görə, bu boşluqların yeri dolmur:

“Bu boşluqların yeri dolmur. Çünki müxtəlif sahələrə gedən gənclər yoxdur. Gənclər daha çox ətrafa nəzər yetirirlər. Elmdə pul qazanmağın perspektivi yoxdursa, məzlum bir müəllim obrazında yaxınları ilə münasibətlərdən sıxılırsa, başqa bir istiqamətə gedəcək. Elə müəllimlər var ki, orta məkəbdə dərsə desə də, tikinti ilə məşğul olur və ya taksi sürürlər. Bu bir böhrandı. Gözlənilən idi. Lakin heç ürəkaçan deyil”.

F.Mustafa qeyd edib ki, orta məktəblərdə də elmi fəaliyyəti stimullaşdırmalıyıq:

“Onların içərisində dəyərli alimlər var. Beynəlxalq səviyyədə olmasa da pedaqoji sistemdə müəyyən təsir imkanları olan adamlar var. Amma əyri yollarla gəlib, bu kimi yerlərdə möhkəmlənənlər də az deyil. Elmi təşkil etməkdə dövətin siyasəti güclü olmalıdır. Bu məsələlər üçün yeni bir siyasət formalaşdırmalıyıq. Orta məktəblərdə belə elmi fəaliyyəti stimullaşdırmaq lazımdır. Bunu da edə bilməmişik. Elmi sferda gerçək islahat aparmaq niyyəti də heç yoxdur”.

Nəzrin Vahid 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər