Azərbaycanda ətlə bağlı yeni statistika

Azərbaycanda ətlə bağlı yeni statistika
Sent 17, 2019 15:58
Oxunma sayı: 105

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 50 138,31 min ABŞ dolları dəyərində 33 210,72 ton ət idxal edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına qeyd olunub. Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan ətin dəyəri 6 477,64 min dollar və ya 14,8%, həcmi isə 3 024,56 ton və ya 10% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ətin ümumi idxaldakı payı 0,53% təşkil edib.

 

Yenisabah.az