Azərbaycanda faktiki hava: Yağış, sel, külək...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda faktiki hava: Yağış, sel, külək...

Sosial

02 Oktyabr 2021 11:51 635


Oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir. Dördpendirli pizza

Düşən yağışın miqdarı Zaqatalada 24.0 mm, Balakəndə 21.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Şəkidə 15.0 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14.0 mm, Oğuzda 12.0 mm, Ağstafada 11.0 mm, Lənkəranda 10.0 mm, Qəbələ, Göygöldə 8.0 mm, Xaltan, Altıağacda 7.0 mm, Astarada 6.0 mm, Ceyrançöl, Daşkəsəndə 5.0 mm, Şəmkir, Mingəçevir, Göyçayda 3.0 mm, Şabran, Ağdam, Nabranda 2.0 mm, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!