Azərbaycanda koronavirus həkimləri qəzaya düşdü
08 İyl 2020 16:33
291

Azərbaycanda koronavirus həkimləri qəzaya düşdü

Quba Mərkəzi Rayon  Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən  briqadalrından birinin tibb işçiləri olub. 

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər