Azərbaycanda koronavirus STATİSTİKASI: Ölənlərin sayı 8000-i keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirus STATİSTİKASI: Ölənlərin sayı 8000-i keçdi

Sosial

07 Dekabr 2021 16:48 631


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir. Pepperoni pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!