Azərbaycanda koronavirus xəstəsi bazarda xiyar satır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirus xəstəsi bazarda xiyar satır

Sosial

29 Noyabr 2021 12:57 660


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.  Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!