Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı  - ŞOK RƏQƏM
23 İyl 2021 18:48
3180

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - ŞOK RƏQƏM

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından üç nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.

Qeyd edək ki, dünən koronovirusa 212 yoluxma qeydə alınıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər