Azərbaycanda koronavirusdan 1 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 1 nəfər öldü

Sosial

05 İyul 2022 16:46 704


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir. Dördpendirli pizza

Son sutka ərzində 2403, hazırkı dövrədək isə 6 974 930 test aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!