Azərbaycanda koronavirusdan 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 5 nəfər öldü

Sosial

27 Mart 2023 17:12 539


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 829 420 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, hazırda 140 aktiv xəstə var. Bu günə qədər 10 171 nəfər vəfat edib.  Toyuqlu pizza

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 553 691 test icra olunub. 

Qeyd edək ki, son sutka ərzində koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!