Azərbaycanda koronavirusdan daha 10 nəfər öldü,  yoluxma sayı yenidən artdı - Foto
24 Yan 2021 14:58
954

Azərbaycanda koronavirusdan daha 10 nəfər öldü, yoluxma sayı yenidən artdı - Foto

Azərbaycanda son sutkada koronavirusa 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.

Azərbaycanda koronavirusdan daha 10 nəfər öldü,  yoluxma sayı yenidən artdı - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər