Azərbaycanda maaşlarla bağlı YENİ XƏBƏR -   Artımlar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maaşlarla bağlı YENİ XƏBƏR - Artımlar açıqlandı

İqtisadiyyat

12 Oktyabr 2026 10:01 845


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1173 manat təşkil edib.

Bu barədə “Yeni Sabah”a rəsmi statistik məlumatlara istinadən xəbər verir.

2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub. Onlardan 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Pepperoni pizza

Muzdla çalışan işçilərin 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti sahəsində çalışıb.

İşçilərin 6,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Qalan 15 faiz digər iqtisadi fəaliyyət sahələrinin payına düşüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!