Azərbaycanda müştəriləri necə aldadırlar?

Azərbaycanda müştəriləri necə aldadırlar?
İyul 11, 2019 18:38
Oxunma sayı: 123

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçı şikayəti ilə bağlı paylaşım edib. 

“Yeni Sabah”ın məlumatına görə, şikayətdə bildirilir ki, istehlakçı Elnur Hüseynov 30.03.2019 tarixində “VivaRiva” türk mebel salonundan öz evi üçün 5500 manat dəyərində yataq və qonaq otağı mebel dəsti bəyənərək, sifariş edib. 

Buna görə 2000 manat ilkin ödəniş edib. Əvəzində ödəmə etdiyi “çeki” aldıqdan sonra məlum olub ki, bu sənəd saxtadır, üzərində VÖEN nömrəsi yoxdur. Deyildiyi vaxtdan gec çatdırılan mebel ustalar fərəfindən açılan zaman ölçülərinin evə uyğun gəlmədiyi məlum olub.

İstehlakçı bildirir ki, onlara türk istehsalı adı ilə Bakıda hansısa sexdə hazırlanan mebellər gətirilib. İstehlakçının narazılığından sonra yataq otağı mebelini aparsalar da, qonaq otağı üçün sifariş etdiyi divan və kreslonu geri qaytaracaqlarını bildirib, lakin sonradan bundan boyun qaçırıblar. Səbəb olaraq müxtəlif bəhanələr gətirilib, qaytarmayacaqlarını və dəyişməyəcəklərini bildiriblər. 

Bununla bağlı 02.05.2019- cu il tarixində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə elektron qaydada hüquqlarının pozulması haqqında müraciət ünvanlayıb. Ancaq qrum tərəfindən mebellərə baxış keçirilmədən verilən qərar istehlakçını qane etməyib.

Yenisabah.az