Azərbaycanda pensiyaçıların dəqiq sayı nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiyaçıların dəqiq sayı nə qədərdir?

Sosial

15 Avqust 2025 15:21 388


2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103 min 300 nəfər pensiyaçı qeydiyyatda olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu rəqəm əhalinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. pizza

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.

Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artırılaraq 3 milyard 628 milyon 100 min manata çatdırılıb. Sərf olunmuş vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!