Azərbaycanda polis intihar etdi
26 May 2020 11:00
237

Azərbaycanda polis intihar etdi

Goranboyda polis intihar edib.

Yenisabah.az bildirir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayonun Buzlaq kənd sakini, 25 yaşlı Məharət Nağıyevin asılmış meyiti tapılıb. Onun ötən gün ailə münaqişəsindən sonra yoxa çıxdığı, bu gün isə Yuxarı Ballıqaya kəndi ərazisindəki meşədə meyitinin tapıldığı qeyd edilir.

M.Nağıyev Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər