Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Sosial

14 Sentyabr 2021 18:00 1143


Ölkə əhalisinin sayı ilin əvvəlindən 23259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10142392 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsindən (DSK) Yenisabah.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata görə, hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64149 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!