Azərbaycanda qəzalar: 400-ə yaxın adam həlak olub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qəzalar: 400-ə yaxın adam həlak olub

Sosial

11 Avqust 2023 15:31 1088


2023-cü ilin birinci yarısında Azərbaycanda 780 yol qəzası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Yenisabah.az xəbər verir ki, bu qəzalarda xəsarət alanların sayı 1056 nəfər olub ki, bu da 2022-ci ilin birinci yarısında olduğundan 4,8 faiz azdır.

387 nəfər həlak olub, 669 nəfər yaralanıb. pizza mizza

Qəzaların 88,5 faizi yaşayış məntəqələrinin ərazisində baş verib.

Yaşayış məntəqələrində ölənlərin sayı 24,7 faiz artaraq  293 nəfər olub. Yaralıların sayı 7,5 faiz  azalaraq 644 nəfər olub. Ölənlərin 74,7 faizi, yaralananların isə 73,2 faizi kişidir.

Ölümlə və ya xəsarətlə nəticələnən 16 hadisə nəqliyyat vasitələrinin sərxoş halda idarə  edilməsinə görə baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!