Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
30 Okt 2020 15:18
556

Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 54 174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir.

Ölkədə son sutka ərzində 10 179, hazırkı dövrədək isə 1 341 466 test aparılıb.

Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər