“Azərbaycanda su qıtlığının səbəblərindən ilki qlobal iqlim dəyişikliyidir. Bunun nəticəsində su mənbələrinin sululuğu sürətlə azalır. Azərbaycandakı su mənbələrin sululuğu son 30 ildə 15-20%-ə qədər azalıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.
O, son dövrlərdə Azərbaycandakı su çatışmazlığından danışıb. Bu problem ölkədə rəsmi səviyyədə etiraf olunub. Bu gün isə Prezident Əliyev həmin problemlə məşğul olacaq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması barədə fərman imzalayıb. Marqarita pizza
Rövşən Abbasovun sözlərinə görə, ölkəmizə gələn transsərhəd suları getdikcə azalıb:
"Yəni Türkiyə, Ermənistan, Gürcüstan və İranda Kür, Araz və onların qollarından götürülən suların həcmi sürətlə artır. Bu da ölkəmizi su ehtiyatları sarıdan pis vəziyyətdə qoyur”.
Mütəxəssis xatırladıb ki, kənd təsərrüfatı ən böyük su istifadəçisidir:
“Son 10 ildə suvarılan kənd təsərrüfatı sahələrin ümumi sahəsi 80%-ə qədər artıb. Məsələn, 2010-cu ildə 1 milyon ha. ərazi suvarılırdısa, indi 1 milyon 750 min ha. ərazi suvarılır. Suvarılan ərazilərin sürətlə artması suya olan tələbatı getdikcə artırır və eyni zamanda ümumi qıtlıq yaradır.
Ölkəmizin ərazisində hər il 12 kub/km su götürülür ki, bunun 4 kub/km-i itkiyə gedir. Su effektiv istifadə olunmur. Bu da qarşısı alınmalı olan əsas prosesdir”.
R. Abbasovun fikrincə, bu gün kənd təsərrüfatında müasir suvarma texnologiyalarından istifadə olunmalı, çaylardan götürülən su azaldılmalıdır:
"Kənd təsərrüfatında prioritet kiçik fermerlərə verilməlidir. Daha sonra isə iri şirkətlərə su verilməlidir.
Suyun qiymətləndirilməsində də diversifikasiya olmalıdır. Yəni iri fermerlər və aqroparklar suyu daha baha qiymətə almalıdırlar, nəinki kiçik fermerlər.
Kiçik fermerlər hər vasitə ilə müdafiə olunmalıdır ki, kiçik sahibkarlıq ölkədə inkişaf etsin və ərzaq istehsalı artsın. Çünki ölkəmizdə əsas kənd təsərrüfatı istehsalçıları kiçik fermerlərdir. Əgər bunların qorunması baş verməzsə, gələcəkdə çox böyük ərzaq qıtlığı və bahaçılıq yarana bilər”.
Ekspert əlavə edib ki, mənbəyini Böyük Qafqazdan götürən aylarının sularında yod çatışmır. Bunun səbəbi geoloji faktorlarddir. Bu xüsusilə, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazisinə aiddir. Odur ki, yodlaşdırılmış duzdan istifadə olunmmalıdır.
Paytaxta su əsasən Oğuz-Qəbələ su xətti ilə gəlir. Həmin suyun tərkibində yod kifayət qədər deyil. Buna görə zob və bir sıra diş xəstəliklərə yoluxma çoxalır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız