2026-cı ilin ilk 9 ayında Azərbaycanda iqtisadi artım qeydə alınıb. Ölkədə ümumi daxili məhsul istehsalı 1,5 faiz, qeyri-neft-qaz sektorunda əlavə dəyər isə 2,6 faiz artıb.
Bu barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz çoxdur. pizza hut
Hesabat dövründə qeyri-neft-qaz ÜDM-i 2,6 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,1 faiz artıb. Eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz yüksəlib.
Ölkənin strateji valyuta ehtiyatlarında da artım qeydə alınıb. Belə ki, 2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 9,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsi iqtisadiyyatın real sektoru, dövlət maliyyəsi, bank sektoru, əməkhaqqı, inflyasiya və digər makroiqtisadi göstəricilərlə bağlı ətraflı məlumatları da açıqlayıb.
Aytac Əliyeva
Telegram kanalımız