Azərbaycanda xarabalığa çevirilmiş universitet – Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda xarabalığa çevirilmiş universitet – Video

Sosial

10 Aprel 2023 09:50 4982


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni görüntüləri yayılıb.

Bu barədə görüntülər İN Media yutub kanalında paylaşılıb.

13 il mütəxəssis hazırlayan ali məktəbi demək olar ki, xarabalığa çevrilib. pizza sifarişi

Görüntülərdə ABU-nun binasının otaqlarının dağılmış, həyətinin isə ot-alaf basıldığı öz əksini tapıb. Bir sözlə, hazırda həyəti tələbə üzünə həsrət qalmış sabiqə təhsil ocağı əsl xarabalığı xatırladır.

Qeyd edək ki, ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.

1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.//pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!