Azərbaycanda yoluxanların sayı 400-ə çatdı,   2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxanların sayı 400-ə çatdı, 2 nəfər öldü

Sosial

27 İyul 2022 16:46 860


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2103 aktiv xəstə var. Bu günə qədər 9741 nəfər vəfat edib. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!