Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur“

Sosial

24 Sentyabr 2021 11:49 1726


Son günlər yoluxma sayında kəskin azalma müşahidə olunur. Sağalanlar yoluxanları üstələyib.

Rəqəmlərin üzüaşağı yuvarlanamsı insanlarda müəyyən fikirlər yaradır. Hətta Azərbaycanda koronavirusun kökünün kəsilmək üzrə olduğunu düşünənlər də var.

Maraqlıdır, azalma vaksinasiyanın sürətlənməsi və ya insanların maariflənməsi ilə bağlı ola bilərmi? Toyuqlu pizza

Cəmiyyətdə belə bir fikir var ki, rəqəmlər rəsmi qurumlar tərəfindən idarə olunur. Bu fikirlər nə dərcədə doğrudur?

Tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl Yenisabah.az-a açıqlamasında deyib ki, yoluxma sayının azalması vaksinasiyanın və insanların maariflənməsi ilə bağlı deyil:

“Son iki gündə yoluxmanın azalması vaksinasiyanın sürətlənməsi və insanların marriflənməsi ilə bağlı deyil. Bu dalğadır. Dalğa qalxdıqca, say aşağı düşür. Bu səbəbdən də Azərbaycanda yoluxma sayında azalmalar müşahidə olunur”.

Həkim rəqəmlərin kimlərinsə idarə etdiyi fikrinin yanlış olduğunu qeyd edib:

“Yoluxma statistikası idarə olunmur. Bu həftəsonları ilə əlaqədardır. Həftəsonları yoluxma sayı azalır, kəskin şəkildə aşağı düşür. Bu epidemiyanın təbii gedişatına bağlıdır”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!