Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycandan enerji satın alırıq” - Rəsmi Tehran
07 İyl 2021 19:47
501

“Azərbaycandan enerji satın alırıq” - Rəsmi Tehran

Ölkə daxilində davam edən elektrik kəsintiləri fonunda İran Ermənistan, Azərbaycan və Türkmənistandan enerji idxalına qərar verib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə elektrik enerjisi sənayesinin rəsmi nümayəndəsi Müctəba Rəcəbi Məşhədi məlumat verib.

Onun sözlərinə görə, enerji ixracatı demək olar ki, tamamilə dayandırılıb. "Hazırda elektrik enerjisi Türkmənistan, Ermənistan və Azərbaycandan idxal olunur... Əfqanıstana cəmi 50 meqavat enerji ixrac edirik".

Bundan əvvəl İran mediası, 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisinin kəsilməsi barədə məlumat yaymışdı. Ölkənin hər yerində dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi kəsilir. Xüsusilə, keçən həftə sonu İranda elektrik enerjisində kəsintilər oldu, bunun həftənin birinci yarısında yenidən baş verməsi mümkündür. Ölkə rəhbərliyi vətəndaşlardan xüsusilə günortadan sonra elektrik istehlakını mümkün qədər azaltmalarını istədi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər