Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - Video
08 May 2021 16:45
8149

Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - Video

Ruslar erməni maşınlarını Xankəndi ərazisində saxlayıblar ki, Azərbaycan avtomobil kalonu keçsin.

Yenisabah.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə,  bu məlumatı “Facebook” səhifəsində  Qarabağda “ictimai və siyasi xadim” sayılan Bella Lalayan  paylaşıb və video-görüntü də əlavə edib.

Lalayanın dediyinə görə, yayımlanan video Xankəndi ərazisində – “Xanbağı yol qovşağı”nda çəkilib.

O, bu yoldan gündə bir neçə dəfə Azərbaycan maşın karvanı keçdiyini bildirir.

Videodan göründüyü kimi, doğrudan da ərazidən onlarla yük maşını keçir.

Xatırladaq ki, “Xanbağı yol qovşağı” deyilən ərazi – əslində Xankəndinin keçmişdən, sovet dövründə də Xan bağı adlanan məhəlləsinin yaxınlığıdır. Qarabağlılar bilir ki, Xankəndinə girişdən çöl yolla Şuşaya gedən yolun üstü Xan bağı adlanır.  Hətta ermənilər də həmin yeri belə adlandırırlar.

Qısa arayış: 

Xan bağı — Azərbaycanın Şuşa şəhəri yaxınlığında yaşayış məskəni. Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana olub. Sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirib.

12 iyun 1806-cı ildə İbrahim xan məhz bu ərazidə Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilib. 

/Moderator.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər