1989-cu ildə keçmiş SSRİ-də bir tarixi şəxsiyyət barədə film çəkilib.
“Yeni Sabah” xəbər verir ki, bu, Misirdə məmlük hökmdarına həsr olunmuş “Sultan Beybars”dır.
“Qazaxfilmin” istehsaı olan kinoəsərin şəriki Misirin “Əl-Alamiya” kinostudiyasıdır. pizza mizza
Moris Simaşkonun “Yemişan” uzun hekayəsi əsasında ekranlaşdırılan filmin çəkilişinə əvvəlcə Polşada maraq göstərilib. Lakin SSRİ Dövlət Kino Komitəsi hansısa səbəblərə görə bu təklifi rədd edib.
Azərbaycan tamaşaçısı üçün bu 2 seriyalı filmdə maraqlı ola biləcək fakt tarixçi (səlnaməçi) roluna Hamlet Xanızadənin çəkilməsidir.
Mərhum Əməkdar artistin filmoqrafiyasında (77 film) nədənsə “Sultan Beybars” qeyd olunmayıb.
Əziz Rzazadə
Telegram kanalımız