Səddamın təyyarəsi satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Səddamın təyyarəsi satışa çıxarıldı

Maraqlı

23 Noyabr 2026 11:48 47


"Iraqi Airways" Tunisin cənub-qərbində park edilmiş 2 "Boeing 747" təyyarəsini satmaq niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, onlardan birindən İraq diktatoru Səddam Hüseyn istifadə edib.

Hər bir təyyarənin qiyməti 900.000 dollardır. Satışı idarə etmək üçün Tunisdəki İraq səfirliyində xüsusi komitə yaradılıb və 21 dekabr - 5 yanvar tarixləri arasında potensial alıcılardan təkliflər qəbul edəcək. Onlayn mağaza

"Iraqi Airways" təyyarələrin hazırkı vəziyyətdə və texniki zəmanət olmadan satıldığını vurğulayıb. Alıcı bütün nəqliyyat və hüquqi köçürmə xərclərini, eləcə də gömrük rüsumlarını və təmir xərclərini ödəyəcək.

Səddam Hüseynin bir neçə dəfə istifadə etdiyi "Boeing 747SP"-dən əlavə, ümumi tutumu 330 oturacaq olan "Boeing 747-200" sərnişin təyyarəsi də satışa çıxarılıb. Hər iki təyyarə 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!