Azərbaycanlı alimlər “Qarabağ” adlı vaksin hazırlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı alimlər “Qarabağ” adlı vaksin hazırlayacaq

Sosial

08 Aprel 2022 18:05 850


AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib.

Yenisabah.az-ın məlumatına görə, Tərlan Məmmədov bu barədə “Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı zamanı deyib.

O, bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb. pizza hut

"Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!