Azərbaycanlı deputat vəfat etdi - Foto
04 Apr 2020 16:32
2087

Azərbaycanlı deputat vəfat etdi - Foto

Rusiyanın İvanovo Şəhər Dumasının üzvü, azərbaycanlı iş adamı Sərraf Məmmədov vəfat edib.

Yenisabah.az xəbər verir ki, o cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.

Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində dünyaya göz açıb. Orta məktəbi Azərbaycanda bitirdikdən sonra təhsilini davam etdirmək üçün Rusiyaya gedib. O, İvanovoda biznes fəaliyyəti ilə məşğul olub. “Azərbaycan” adlı diaspora təşkilatı yaradaraq ömrünün sonuna kimi ona rəhbərlik edib. /Lent.az

Azərbaycanlı deputat vəfat etdi - Foto

Oxşar xəbərlər