Bakıdakı kilsələrə azsaylı xristian əhalidən başqa azərbaycanlıların da getdiyinə inanmayan az olar. Bunu dönə-dönə müşahidə etmiş adamlar çoxluqdadır.
Bir dini ibadətgahdan digərinə keçid edən şəxslərin davranışında məntiq axtarmağın özü məntiqsizlikdir. Çünki bu addımla həmin insanlar sadəcə din dəyişdirmir, sadəcə nicat axtarırlar.
Rus pravoslav kilsəsi “28 May” metrostansiyasının yaxınlığında yerləşir və bu məbədə gələnlər arasında xristianlardan başqa, müsəlman-azərbaycanlıların da gəldiyinə alışanlardan biri, "Yeni Sabah" əməkdaşı kimi, elə özüməməm. Sezar pizza

Yaş baxımından burada kimə desən rast gələrsən, hətta yaxınlıqdakı universitetlərin tələbələri də bəzən yolunu buradan salır.
Kor-kor, gör-gör, gözümün qabağında neçə-neçə azərbaycanlı kilsəyə girir, şam alaraq yandırır, dua edir, daha sonra İsa Məsihin və Məryəm Ananın ikonaları qarşısında dayanıb arzularını dilə gətirirdilər.
Onlara yaxınlaşıram, tələbə qız və oğlandan kilsəyə gəlmə səbəblərini soruşuram.
“Allahdan çox şey istəmişik, amma dualarımız qəbul olmayıb. Ona görə də bura gəlmişik, bəlkə burada qəbul olunar”.
Maraqlıdır ki, insanlar kilsəyə gəlsələr də, dualarını edərkən müsəlmansayağı Allaha üz tuturlar. Yəni dua xristian qaydası ilə Üç Uqnuma edilmir.
Kilsədə satılan şamların müxtəlif rəngləri var və hər rəngin öz mənası olduğu deyilir. Xüsusilə, gənc qızların əksəriyyəti qırmızı rəngli şamlar alır. Onların sözlərinə görə, qırmızı şam sevgi və münasibətlərlə bağlı arzular üçün yandırılır.
Diqqətimi çəkən məqamlardan biri də Məryəm Ananın ikonası qarşısında dua edən bir qadındır. Gözləri yaşla dolub: “Övladımın uşağı olmur...”

Bu mənzərə kilsəyə üz tutan insanların əsasən çıxılmaz vəziyyətlərdə ümid axtardıqlarını göstərir.
Başqa bir məqamın da üzərində durum: şamlarla yanaşı xaçlar, qolbaqlar, boyunbağılar və digər xristian dini atributları satılır. Burada rastlaşdığımız bir qadın anası ilə birlikdə 20-dən çox şam alıb. Səbəbini soruşuram, deyir: “Pul, ailə, sağlamlıq və xoşbəxtlik üçün almışıq”.
Digərləri də oxşar cavablar verir.
Başqa düşülən budur ki, əksəriyyətin heç dini etiqadı yoxdur, yəni gündəlik ibadət nədir, - bilmirlər. Sadəcə çıxılmazlıq, ya da kimlərinsə öyüd-nəsihəti: “Ay qız, kilsəyə get, bəlkə onda işin düzələr...”
Kilsənin həyətində də xüsusi mağaza da nə desən tapçaq olar: "Sehirli şamlar", qurd yağı...
Qısası, adamlar möcüzə axtarır, deyiləsi dərd deyil...
Aytəkin Əzizqızı
Telegram kanalımız