Acun Ilıcalının ayaqqabısının qiyməti sosial mediada müzakirə yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Acun Ilıcalının ayaqqabısının qiyməti sosial mediada müzakirə yaratdı

Maraqlı

01 Sentyabr 2026 17:53 467


Məşhur televiziya aparıcısı və iş adamı Acun Ilıcalı bu dəfə geyim tərzi və seçdiyi brendlə gündəmə gəlib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə sadə və tünd rəngli geyimləri ilə tanınan Ilıcalının son paylaşımındakı ayaqqabısının qiyməti sosial media istifadəçilərinin diqqətindən qaçmayıb.

Hər zaman rahat geyimlərə üstünlük verən məşhur prodüserin ayağındakı lüks brendə məxsus idman ayaqqabısının qiymətinin yüksək olması müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə ayaqqabının qiymətini öyrənən izləyicilər müxtəlif rəylər bildiriblər. pizza mizza

Məlum olub ki, Acun Ilıcalının geyindiyi dünyaca məşhur brendə aid ayaqqabının qiyməti minlərlə dollar dəyərindədir. Sosial media istifadəçilərinin bir qismi bu məbləğin sadə bir idman ayaqqabısı üçün həddindən artıq yüksək olduğunu bildirərək qiyməti tənqid edib.

Digər bir qisim isə Ilıcalının böyük bir media imperiyasına və futbol klubuna sahib olduğunu vurğulayaraq, bu cür qiymətlərin onun büdcəsi üçün normal olduğunu müdafiə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!