İş yoxsa dərs vaxtlarını dəyişmək? - Nəqliyyat probleminin həlli tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İş yoxsa dərs vaxtlarını dəyişmək? - Nəqliyyat probleminin həlli tapıldı

Sosial

01 Sentyabr 2026 10:04 338


"Bakı metrosunda hazırda “Nizami–28 May” sahəsində aparılan işlərin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur. Bu səbəbdən tədris mövsümünün başlaması ilə yerüstü nəqliyyata düşən yükün daha da artması real riskdir. Metropoliten özü də pik saatlarda sərnişin axınının artacağını nəzərə alaraq qatar intervallarını azaltmaq təcrübəsindən istifadə edib".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, ən effektiv variant bütün şəhəri eyni saatda işə gətirib-aparmaq əvəzinə pilləli iş başlanğıcı tətbiq etməkdir:

"Məncə, məsələni yalnız “işə neçədə gedək?” sualı ilə həll etmək mümkün deyil. Burada həm iş qrafiklərinin çevikləşdirilməsi, həm avtobusların gücləndirilməsi, həm də pik saatlarda tələbin müxtəlif istiqamətlərə bölünməsi lazımdır. Tədris mövsümü başlayanda iş saatları necə dəyişdirilə bilər? Ən effektiv variant bütün şəhəri eyni saatda işə gətirib-aparmaq əvəzinə pilləli iş başlanğıcı tətbiq etməkdir. Marqarita pizza

Məsələn:

07:30 – növbəli və xidmət sahələrinin bir hissəsi;

08:00 – dövlət qurumları və müəssisələrin bir hissəsi;

08:30 – ofislərin əsas hissəsi;

09:00–09:30 – digər müəssisələr və çevik iş rejiminə uyğun sahələr.

Eyni prinsip məktəblərə və universitetlərə də tətbiq oluna bilər. Məsələn, bütün təhsil müəssisələrinin dərsi 08:00-da başlamamalıdır; bir hissəsi 08:30, digərləri 09:00-da başlaya bilər. Burada məqsəd sərnişin sayını azaltmaq yox, eyni anda nəqliyyata çıxan sərnişinlərin sayını azaltmaqdır. Üstəlik, işəgötürənlər üçün hibrid və ya çevik iş saatları mümkün olan sahələrdə bundan müvəqqəti olaraq istifadə etmək olar. Məsələn, metro təmiri başa çatanadək həftədə 1–2 gün məsafədən iş imkanı belə pik yükü müəyyən qədər azalda bilər".

Ekspert əlavə edib ki, iş saatlarını dəyişməklə ümumi gündəlik sərnişin sayını yox, pik yükü azaltmaq mümkündür:

"İş vaxtlarının dəyişdirilməsi ciddi çarə ola bilərmi? Bəli, amma təkbaşına yox. Məsələn, 08:00-da 100 min insanın nəqliyyata çıxması ilə onların 07:30–09:00 arasında daha geniş intervala yayılması eyni şey deyil.

İkinci halda avtobus, metro və yol infrastrukturundan daha səmərəli istifadə olunur. Amma bunun bir limiti var: insanlar işə və ya dərsə getməlidir. Ona görə iş saatlarını dəyişməklə ümumi gündəlik sərnişin sayını yox, pik yükü azaltmaq mümkündür. Hazırkı vəziyyətdə bu xüsusilə əhəmiyyətlidir, çünki metroda aparılan layihənin məqsədlərindən biri də məhz xətlərin müstəqil fəaliyyətini təmin etməklə stansiyalarda və qatarların hərəkətində sıxlığı azaltmaqdır. Pik saatlarda hansı tədbirlər görülməlidir? Məncə, ən vacib məsələ metrodan avtobusa sadəcə sərnişin köçürmək deyil, avtobus sisteminin pik yükü daşıya biləcək şəkildə yenidən qurulmasıdır".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!