Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü

Kriminal

01 Sentyabr 2026 12:39 993


Ötən il Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradovdan xəbər var.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, Fuad Muradovun cəza çəkdiyi müəssisə dəyişdirilib.

O, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının sabiq təmsilçilərinin saxlanıldığı 9 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Dördpendirli pizza

Bunun üçün hər hansı hüquqi əsaslandırmanın olub-olmamasına gəlincə, bu barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, adıçəkilən müəssisə Cəzaların İcra Məcəlləsində nəzərdə tutulan xüsusi müəssisə statusundadır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Muradov hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib. İş üzrə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri tətbiq olunub. 

Fuad Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!