Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!

Sosial

01 Sentyabr 2026 17:22 19907


Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.

Sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir: Online alış-veriş

“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.

Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.

H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.

“Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır”, – deyə sosioloq bildirib.

Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.

Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Almaz
    Toylara da yaslar kimi qadağa qoyulsa, naddi vəziyyəti çətin olan ailələrin ürəyincə olar .Ayda 350-400 manat maaş alan ailələr ayda 3 toya gürsələr ayın çox hissəsini ac qalmağa məcburdurlar
    3 months ago
  • Şahin
    Fikirləşirlər ki, buna görə çox sağol deyənlər olacaq.
    3 months ago
  • Murad
    2 saat çox azdır. Məncə 5 saat ən yaxşı variantdır. Toy isə saat 6-da yox 5-də başlanmalıdır. 5-dən 10-a kimi. İlk 2 saat yemək hissəsi, yüngül, həzin və lirik musiqilər, qalan hissə toy rəqsləri, diskoteka.
    3 months ago
  • Yusif
    Bəli ifrat dərəcədə israfçılıqdı. Nəyə lazım 300-500 adamı ora yığmaq. Dəvətnamə verilən adamlarda, sanki əhvalı pozulur. Nəyə lazım 5-6saat daramp-durump.
    3 months ago