Azərbaycansayağı ilahi komediya – Video
09 İyn 2021 10:12
1361

Azərbaycansayağı ilahi komediya – Video

Ayın əvvəlində paytaxtın mərkəzində yerləşən Ali və Nino kitab evindən kitab oğurluğuna cəhd olub. 1 iyunda baş verdiyi deyilən hadisədən 3 gün sonra oğurluqda ittiham edilən gənclər barədə işə xitam verilib, onlar azadlığa buraxılıblar. 

Amma iyunun 7-də Daxili İşlər Nazirliyinin Youtube kanalında bir video peyda olub: yaxın planlar, gərgin simalar, dindirmə, epik musiqi - istintaq materialı. Terror qrupunun zərərsizləşdirildiyini xatırladan videoçarxdakı gənclərin kitabları götürməyə cəhd edənlər olduğu aydınlaşıb və bu da cəmiyyətdə xeyli etiraza səbəb olub. DİN videonu öz Youtube kanalından silib.

Hadisənin qəhrəmanlarından biri - Elməddin Süleymanlı deyir ki, o, öz hüquqlarının bərpası üçün çalışacaq. Hüquqşünas Səməd Rəhimli isə şübhəli şəxlərlə bağlı video və fotoçəkilişlərin KİV-də yayılmasının qanunazidd olduğunu deyir.

Meydan TV-nin hazırladığı reportajı təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər