Azərdən Vüsaləyə cavab: “Sevgini tapmaq özü qismətdir“

saytların hazırlanması

Evə çatdırılma

Azərdən Vüsaləyə cavab: “Sevgini tapmaq özü qismətdir“

Şou

06 İyul 2021 09:55 1739


Ötən gün ilk dəfə efirdə keçmiş həyat yoldaşı Azər Zahiddən boşanması haqda danışan Vüsalə Əlizadəyə cavab gecikməyib.

 Yenisabah.az xəbər verir ki, veriliş yayımlandıqdan sonra aparıcının keçmiş həyat yoldaşı sosial şəbəkə hesabında xanımı ilə fotosunu paylaşıb.

A.Zahid üçüncü dəfə ailə qurduğu xanımı ilə olan görüntülərə "Həyatım o qədər gözəldir ki, hər kəsə gözəl gün arzu edirəm. Ailə gözəl şeydir. O sevgini tapmaq özü qismətdir. Taleyimin bu qədər gözəl olması o deməkdir ki, Allah hər şeyi zamanla, vaxtında, vədəsində yetirdi. Hər kəsə xoşbəxt dəqiqə və gün arzulayıram" – deyə şərh yazıb. pizza mizza

Sosial şəbəkə istifadəçiləri onun bu paylaşımı Vüsalə Əlizadənin sözlərinə cavab olaraq  etdiyini qeyd ediblər.

Xatırladaq ki, V.Əlizadə “Onun sirri" proqramında ailəsinin dağılmasında səhvinin olmadığını, ailəsini qorumaq üçün hər riski gözə aldığını demişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!