“Azəriqaz” kartlarına niyə pul yükləmək olmur? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” kartlarına niyə pul yükləmək olmur? - Açıqlama

Sosial

16 Yanvar 2022 21:42 1378


"Zenner" smart tipli sayğacların kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Terminallarda proqram dəyişikliyi olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin məlumatında deyilir.

Qeyd olunub ki, proqram təminatı yenilənmiş terminallarda ödənişləri həyata keçirmək mümkün olmurdu. Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Marqarita pizza

"E-manat"dan bizə bildirildi ki, terminallarda bu problemin həlli üçün iş aparılır. Hazırda isə metrolarda yerləşən terminallarda "Zenner" smart-kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkündür. Problem müvəqqətidir, tezliklə həll olunacaq".

Qeyd edək ki, vətəndaşlar sosial şəbəkələrdə bir sıra ödəniş sistemlərində "Azərsu" və "Azəriqaz"ın smart kartlarının balansını artırmağın mümkün olmadığını bildirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!