“Azəriqaz“ xəbərdarlıq etdi: Borcu olanların qazı kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz“ xəbərdarlıq etdi: Borcu olanların qazı kəsiləcək

Sosial

10 Dekabr 2021 12:21 899


Bu ilin 11 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi "Azərkontrakt" ASC-dən alınan təbii qaza görə 575,35 milyon manat odənis edib.

Yenisabah.az-ın məlumatına görə, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Bu qurumdan alınan qazın dəyəri 100 % ödənilib. Baxmayaraq ki, “Azəristiliktəchizat” ASC-nin bizə borcu yaranıb, biz "Azərkontrakt" qarşısında odəmələrimizi vaxtı vaxtında etməyi özümüzə borc bilirik “,- deyə o qeyd edib. Toyuqlu pizza

Onun sözlərinə görə, ayın 15-dən borclu qazanxanalar üzrə qaz verilişi dayandırılacaq.

“Dovlət tərəfindən“Azəristiliktəchizat”a borcu qaytarmaq üçün 12 milyon manat ayrılıb. Lakin onların bizə olan borcu 20 milyon manat təşkil edir. Ona görə borclu qazanxanalar üzrə qaz verilişi dekabr ayinin 15-dən dayandırılacaq”, - R. Əliyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!