“Azəriqaz“dan sayğaclarla bağlı açıqlama: “Pulsuzdur“

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz“dan sayğaclarla bağlı açıqlama: “Pulsuzdur“

Sosial

27 İyul 2022 22:27 1216


"Bütün sakinlər üçün qaz sayğacları pulsuzdur. İstər bina, istərsə də həyət evləri olsun, mənzillərə sayğaclar tam ödənişsiz quraşdırılacaq".

Yenisabah.az xezerxeber-ə istinadla xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Rövşən Məhyəddinov deyib.

Onun sözlərinə görə, məişətdə saatlıq sərfiyyatı 10 kub metrə qədər olan sayğaclardan istifadə olunur: "Bunların da C4 və C6 olmaqla əsas 2 növü var. Bu günə kimi yalnız məişətdə daha çox istifadə olunan C4 markası əhaliyə pulsuz paylanırdı. Yeni dəyişiklik isə C6-lar üçündür. Sezar pizza

O ki qaldı sahibkarlıq subyektlərinə, yəni qeyri-əhali sektoruna, onlar üçün bütün hallarda sayğaclar ödənişlidir".

Qeyd edək ki, vətəndaşın sayğacı təbii fəlakət zamanı sıradan çıxarsa bu zaman aidiyyəti quruma heç bir ödəniş etmədən, sayğac dəyişdirilir. Əgər sakinin səhlənkarlığı və ya səhvi üzündən belə bir hal baş verərsə, ünvana yeni sayğacın quraşdırılması ödənişli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!