''"Azəriqaz" İstehsalat Birliyi hələ ki, Xankəndidə texniki heç bir iş görmür''.
Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı bir invertarlaşma aparılmır. pizza
Ruslan Əliyev bir neçə gün əvvəl Bakıdakı gecə klubunda baş verən dəhşətli partlayışdan da bəhs edib.
Qurum rəhbəri regionlarda qaz xətlərinin çəkilişi ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, cari ilin yanvar ayında 147 km uzunluğunda yeni qaz xətləri çəkilib. Hesabat dövründə çəkilən qaz xətlərinin 21 km-dən çoxu Bakı və Abşeronun, 126 km-i isə regionların payına düşüb.
Baş direktor onu da əlavə edib ki, yanvar-mart aylarında "Azəriqaz" tərəfindən respublika üzrə 23 km uzunluğunda qaz xətləri əsaslı şəkildə təmir olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Telegram kanalımız