“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Sabirabad və Salyan rayonlarında elektrik təchizatı infrastrukturlarının yenidən qurulması və müasirləşdirilməsi üzrə iri satınalma prosedurunu yekunlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində Sabirabad rayonunun Quruzma kəndi və Salyan rayonunun Kürsəngi kəndləri ərazisində 10 kV-luq SİP-3 hava xəttinin, Komplekt Transformator Məntəqələrinin (KTM) və 0,4 kV-luq elektrik şəbəkəsinin Özünüdaşıyan İzoləedilmiş Naqil (ÖİN) xətləri ilə yenidən qurulması işləri həyata keçiriləcək.
Sözügedən tikinti-quraşdırma və yenidənqurma işlərinin icrası “RUSNUR CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Şirkətlə bağlanan müqavilənin ümumi maliyyə dəyəri 7 088 093,05 manat təşkil edir. Sezar pizza
Aparılacaq yenidənqurma işləri hər iki kənddə istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını yaxşılaşdırmağa imkan verəcək.
Cəlalə Cəlalqızı
Telegram kanalımız