AzTV-nin baş rejissoru işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin baş rejissoru işdən çıxarıldı

Sosial

05 Aprel 2022 20:23 550


AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.

Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az-a təsdiqləyib. Dominos pizza

O bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb: “Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.

Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayevin işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.

AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!